Şəfəqə Doğru » Manşet » Samuxda gənc müəllimə intihar etdi

Samuxda gənc müəllimə intihar etdi

Samuxda gənc müəllimə intihar etdi

Samux rayonunda intihar hadisəsi baş verib.

 

Hadisə rayonun Nəbiağalı qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Arzu Məmmədova yaşadığı evin zirzəmisində özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılı vəziyyətdə tapılıb. 

 

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Samux rayon prokrorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, A.Məmmədova Kəlbəcər rayon 47 saylı orta məktəbin müəllimidir (qafqazinfo).