Şəfəqə Doğru » Manşet » Qaxda karantin qaydalarını pozan şadlıq sarayının sahibi cərimələnib

Qaxda karantin qaydalarını pozan şadlıq sarayının sahibi cərimələnib

Qaxda karantin qaydalarını  pozan şadlıq sarayının sahibi cərimələnib

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı "Bəyaz Saray” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, yoxlama zamanı toy mərasimində iştirak edən qonaqların müəyyən edilən say həddindən, yəni 150 nəfərdən artıq olduğu, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı məlum olub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Əfqan Nəzirov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 4000 manat cərimələnib//Axar.az