Şəfəqə Doğru » Manşet » “OBA”nın əməkdaşına CİNAYƏT İŞİ açıldı

“OBA”nın əməkdaşına CİNAYƏT İŞİ açıldı

“OBA”nın əməkdaşına CİNAYƏT İŞİ açıldı

"Veysəloğlu” şirkətlər qrupuna daxil olan "OBA Market” MMC-nin Satış Əməliyyatları Şöbəsinin "OBA” marketlər şəbəkəsinin Lənkəran filialında mənimsəmə faktı ilə bağlı daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

 

 

Lənkəran rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırma zamanı müəyyən edilib ki, həmin filialda satıcı-kassir, əmək müqaviləsinə əlavə ilə administrator vəzifəsində işləmiş Elxan Cəfərzadə 28 mart 2017-ci ildən 21 may 2018-ci ilədək olan müddətdə cəmiyyətə məxsus qeyri-qida məhsullarını kassadan kənar şəkildə müxtəlif şəxslərə və ticarət obyektlərinə satıb. O, əldə etdiyi 73 min 907 manat məbləğində pul vəsaitini xəzinəyə ödəməyərək, özünün şəxsi ehtiyacları üçün sərf edib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb. Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam edir.