Şəfəqə Doğru » Manşet » Tiflisdəki biznesləri haqqında məlumatlar yayıldı

Tiflisdəki biznesləri haqqında məlumatlar yayıldı

Tiflisdəki  biznesləri haqqında məlumatlar yayıldı

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlinin Gürcüstan paytaxtındakı biznes fəaliyyəti ilə bağlı bəzi ipucları əldə etmək mümkün olub. 

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb (qaynarinfo).

Onun əldə etdiyi sənədlərdən məlum olur ki, Həsənovlar ailəsinə məxsus "Ducle Nutrition LLC" 2017-ci ilin oktyabrında Tiflisin İsani rayonunda Tedzami küçəsi 5 ünvanında hüquqi qeydiyyata alınıb. Şirkətin direktoru Sənan Abdullayev adlı şəxsdir. Onun 100 faiz pay hüququ Şamxal Həsənliyə məxsusdur. 
Şirkətin hansı profil üzrə fəaliyyət göstərdiyi məlum deyil.

Sənan Abdullayevin adı Gürcüstanın İctimai Qeydiyyat üzrə Milli Agentliyində qeydiyyata alınmış "Caspian Inspection Company" Ltd., "Village Group" Ltd., "Megobari" Ltd., B.h.e. Co. Ltd. və Pompa+ Ltd. şirkətlərinin təsisçiləri sırasında da keçir.