"Nazirlər Kabinetinin hesabat müzakirəsindən sonra Baş nazirlə və müavini ilə görüşdüm"
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov bildirib.
Deputat ötən plenar iclasda Bakı-Quba yolu ilə bağlı Baş nazirə müraciət etdiyini xatırladıb:
"Nazirlər Kabinetinin hesabatının müzakirəsindən sonra Baş nazirlə və müavini ilə görüşdüm. Baş nazirin müavininin, eləcə də Nazirlər Kabineti üzvlərinin - nazirlərin Qubada, Xaçmazda villaları var. Onlar gedib gəlirlər. Ona görə, yoldakı problemləri bilirlər. Prezidentə çıxmadan Azərbaycanda bəzi məsələlər həll edilə bilmir. Mən bir daha müraciət edirəm ki, bu məsələyə baxılsın".