Şəfəqə Doğru » Manşet » Ukrayna ilə bağlı qorxunc proqnoz: Hər 10 nəfərdən 9-u…

Ukrayna ilə bağlı qorxunc proqnoz: Hər 10 nəfərdən 9-u…

Ukrayna ilə bağlı qorxunc proqnoz: Hər 10 nəfərdən 9-u…

Əgər müharibə davam edərsə, ukraynalıların əksəriyyətinin vəziyyəti yoxsulluq həddindən aşağı səviyyədə olacaq.

 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, ilkin hesablamalar sübut edir ki, müharibənin uzun sürməsi hər on ukraynalıdan doqquzunun yoxsulluq həddindən aşağı səviyyəyə düşməsi, ölkənin təqribən 20 il inkişafdan qalması ilə nəticələnə bilər.

 

Bildirilib ki, gələcək nəsillərə dərin sosial və iqtisadi yaralar qalacaq: "Ukraynada binalar, yollar, körpülər, xəstəxanalar və məktəblər dağıdılıb. Müharibə ucbatından ölkə müəssisələrinin yarısı tamamilə bağlanıb, digər yarısı çətinliklərlə üzləşib”.

 

BMT-nin hesablamalarına görə, müharibənin nə qədər uzanacağından asılı olaraq, Ukraynada yoxsul insanların sayı müharibədən əvvəlki 18 faizlə müqayisədə dörd dəfə artaraq 70 faizə çata bilər.