Şəfəqə Doğru » Manşet » Azərbaycanlı oliqarx milyonlarını harada gizlədib? - “The Guardian”

Azərbaycanlı oliqarx milyonlarını harada gizlədib? - “The Guardian”

Azərbaycanlı oliqarx milyonlarını harada gizlədib? - “The Guardian”
Azərbaycanlı oliqarx milyonlarını harada gizlədib?
Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan rus oliqarxlar sərvələrini, xüsusilə də yaxtalarını gizlədirlər. Oliqarxların azı 6 super yaxta gizlətdiyi təxmin edilir.

Shafaqadogru.com  cebhe.info-ya istinadla xəbər verir ki, bu barədə "The Guardian” yazıb.

Qəzetin yazdığına görə, dəyəri 50 milyard funt-sterlinqdən çox olan 9 mindən çox super yaxta hazırda dənizdədir. Ekspertlərin hesablamalarına görə, bu "donanmanın” 10%-i Rusiya Federasiyasından olanlara məxsusdur.

Eyni zamanda, bir neçə yaxta yerlərini açıqlamamaq və həbs olunmamaq üçün avtomatik identifikasiya sistemini söndürüb.

Nəşrin məlumatına görə, jurnalistlərin Oleq Deripaska ilə əlaqələndirdiyi 72 metrlik "Clio” yaxtası, Vahid Ələkbərova məxsus 70 metrlik "Galactica Super Nova” və Viktor Raşnikovla əlaqəli olduğu iddia edilən 140 metrlik "Ocean Victory” yaxtası radarlardan yoxa çıxıb.

Həmçinin Andrey Melniçenko ilə əlaqəli 119 metrlik "Motor Yacht A” və qəzetin İqor Kesaevin aktivi hesab etdiyi 51 metrlik "My Sky” sonuncu dəfə Maldiv adalarında siqnal verib.

Andrey Quryevlə əlaqəli olan 82 metrlik "Alfa Nero” sonuncu dəfə Karib dənizindəki Sankt-Martendə görünüb.

Məqalədə qeyd edilir ki, ümumilikdə, Rusiya Ukraynada müharibəyə başlayandan bəri ruslara məxsus 2 milyard funt-sterlinq dəyərində azı 13 yaxta sanksiyalara görə saxlanılıb.