Şəfəqə Doğru » Manşet » Qara dəniz donanması geri çəkilir – Rusiyada çaxnaşma

Qara dəniz donanması geri çəkilir – Rusiyada çaxnaşma

Qara dəniz donanması geri çəkilir – Rusiyada çaxnaşma
Hazırda Rusiyanın Qara dənizdə bir qanadlı raket gəmisi var. Rusiya qoşunlarının bir neçə gəmisi işğal olunmuş Krıma geri çəkilib.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Ukraynanın Odessa vilayətinin regional administrasiyasının sözçüsü Sergey Bratçuk məlumat verib.

"Rusiyanın Qara dənizdə qanadlı raketdaşıyıcılarının sayı bir qədər azalıb. İndi orada bir qanadlı raketdaşıyıcı var. Düşmən qüvvələrinin bir neçə gəmisi müvəqqəti işğal olunmuş Krım sahillərinə çəkilib”, – Bratçuk bildirib.

Bratçuk iddia edib ki, Ukraynanın müttəfiqlərindən ağır silahlar alması Rusiyada çaxnaşma yaradır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiyanın Qara və Azov dənizlərindəki donanmasının əsas səyləri əlverişli əməliyyat rejiminin saxlanmasına və Qara dənizin şimal-qərbində mülki gəmilərin hərəkətlərinin qarşısının alınmasına yönəlib.