Böyük Britaniyanın Baş naziri Boris Conson Odessanın fəxri vətəndaşı olub.
Bu barədə Odessa meri Gennadi Truxanov bildirib. O, Consonun Ukrayna qarşısında xidmətlərini yüksək qiymətləndirdiyini deyib:
"Boris Consonun I, II, III dərəcəli Qriqori Marazli adına fəxri nişanlarla təltif edilməsi haqqında sərəncam imzaladım”.
Merin sözlərinə görə, bununla da Conson Odessanın fəxri vətəndaşı adını alıb //modern.az