Şəfəqə Doğru » Manşet » Güləşçilərimizdən yeni bir zirvə fəthi -Çimərlik güləşi üzrə Avropa çempionu Azərbaycan oldu

Güləşçilərimizdən yeni bir zirvə fəthi -Çimərlik güləşi üzrə Avropa çempionu Azərbaycan oldu

Güləşçilərimizdən yeni bir zirvə  fəthi -Çimərlik güləşi üzrə Avropa çempionu Azərbaycan  oldu

İyulun 7-də Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçirilib.

Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında ölkəmizi qitə birinciliyində təmsil edən 4 güləşçi uğurlu çıxış edərək maksimum nəticəyə imza atıb. Belə ki, Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Avropa çempionu olublar.

Azərbaycan millisi çimərlik güləşi üzrə Avropa çempionu oldu

Möhtəşəm çıxış komanda hesabında da öz sözünü deyib. 100 xal toplayan Azərbaycan Avropa çempionu olub. Moldova ikinci, Yunanıstan isə üçüncü yeri tutub.

Xatırladaq ki, iyulun 8-də U-20 yaş qrupu üzrə Avropa çempionatı keçiriləcək // qafqazinfo