Şəfəqə Doğru » Manşet » "Moskva bir əli ilə terrorun səviyyəsini qaldırır, digər əli ilə bizə təslim olmağa çağırış edir..."

"Moskva bir əli ilə terrorun səviyyəsini qaldırır, digər əli ilə bizə təslim olmağa çağırış edir..."

"Moskva bir əli ilə terrorun səviyyəsini qaldırır, digər əli ilə bizə təslim olmağa çağırış edir..."
"Şröder məşhur imperiya müjdəçisi və rus çarı sarayının səsidir..."
 
Ukrayna Şröderə cavab verib: Rusiya ilə danışıqlar üçün dörd komponent lazımdır...
 
Ukrayna prezidenti Vladimir Zelenskinin Ofisi  Ukraynanın Rusiya ilə dialoqu bərpa etmək üçün şərti açıqlayıb. Bu, danışıqlarda düzgün mövqedir və dörd tərkib hissədən ibarətdir.
 
Moderator.az xəbər verir ki, bu barədə prezident Ofisinin rəhbəri Mixail Podolyak bəyan edib.
 
"Dörd sadə komponent aşağıdakılardır:
 
1. Rusiyanın logistikasını məhv etmək üçün YARS (yaylım atəşli reaktiv sistemlər) və ATACMS (ordu taktiki raket kompleksi).
 
2. Şəhərləri müdafiə etmək üçün HHM/RMS (hava hücumundan müdafiə və raketəleyhinə müdafiə sistemləri).
 
3. Ən gözəl "ovçular" olan zərbə pilotsuz uçuş aparatları.
 
4. Əkshücum üçün zirehli texnika", - o, özünün "Twitter" səhifəsində yazıb.
 
Bu post Almaniyanın sabiq kansleri Qerhard Şröderin Rusiyanın Ukrayna ilə diplomatik danışıqları istəməsi barədə bəyanatından sonra peyda olub. 
 
Podolyakın sözlərinə görə, onun ölkəsi qoşunlar geri çəkiləndən və atəş dayandırıldıqdan sonra danışıqlara dönməyə hazırdır.
 
"Moskva bir əli ilə terrorun səviyyəsini qaldırır, digər əli ilə bizə təslim olmağa çağırış edir. Şröder məşhur imperiya müjdəçisi və rus çarı sarayının səsidir. Əgər Moskva dialoq istəyirsə, bu, onun özündən asılıdır. Əvvəlcə atəşi dayandırsın və qoşunlarını geri çəksin, sonra konstruktiv dialoq mümkündür", - müşavir qeyd edib.
 
Xatırladaq ki, bu günlər sabiq kansler "Ştern" jurnalına müsahibəsində Moskvaya iyulun sonunda səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünü təsdiq edib.
 
"Yaxşı xəbər ondan ibarətdir ki, Kreml məsələnin danışıqlar yolu ilə həllini istəyir", - o, Rusiyanın Ukraynadakı müharibəsi haqqında danışarkən bəyan edib.