Şəfəqə Doğru » Manşet » Paşinyan hökumətdə dəyişikliyə hazırlaşır

Paşinyan hökumətdə dəyişikliyə hazırlaşır

Paşinyan hökumətdə dəyişikliyə hazırlaşır

Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin tərkibində dəyişikliklərə hazırladığına dair məlumat yayılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə "Hraparak” qəzeti yazıb.

Bildirilib ki, Paşinyanın mümkün təyinatları xarici işlər naziri postuna can atan "Parlaq Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan, baş nazirin müavini vəzifəsinə iddialı "Respublika” Partiyasının rəhbəri Aram Sarkisyan, və 1-2 nazir kürsüsü ilə bağlı ola bilər.

Məlumata görə, "Çiçəklənən Ermənistan” Partiyası ilə də danışıqlar gedir, lakin onun lideri Qaqik Tsarukyanı razı salmağınm çətin olduğu vurğulanır. Hakimiyyət isə sonda onun təslim olacağına ümid edir.

"Hraparak” yazır ki, Paşinyan küçənin yenidən aktivləşəcəyini – müxalifətin fasiləsiz mitinqlər təşkil edəcəyini gözləyir. Buna görə də o, hakimiyyəti üçün hər hansı təhlükə yarananda ictimai narazılığı bəzi nazirləri istefaya göndərməklə – qondarma kompromis kabineti formalaşdırmaqla aradan qaldıracaq.

Elə hökumətin dünənki qərarı – sentyabrın 1-dən pensiyaların məbləğini 2000-3000 dram artırması da gələcək narazılığın yatırılmasına hesablanıb.

Gununsesi.info