Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün Moskvaya işgüzar səfərə gedəcək.
Shafaqadogru.com teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mirzoyan səfəri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Görüş zamanı regional təhlükəsizlik və sabitlik, o cümlədən Ermənistan-Rusiya müttəfiqlik münasibətləri ilə bağlı məsələlər müzakirə olunacaq.