Şəfəqə Doğru » Manşet » Tacikistan-Qırğızıstan sərhədində döyüşlər gedir - Hər iki tərəf bir-birlərini ittiham edir (Yenilənib)

Tacikistan-Qırğızıstan sərhədində döyüşlər gedir - Hər iki tərəf bir-birlərini ittiham edir (Yenilənib)

Tacikistan-Qırğızıstan sərhədində döyüşlər gedir - Hər iki tərəf bir-birlərini ittiham edir (Yenilənib)

Tacikistan-Qırğızıstan sərhədində gərginlik davam edir.

Shafaqadogru.com  xəbər verir ki, Qırğızıstan qarşı tərəfin tanklardan, BMP-lərdən və minaatanlardan istifadə etdiyini və 11 hərbçisinin yaralandığını bəyan edib.

Tacikistan isə Qırğızıstan hərbçilərinin ağır silahlardan istifadə edərək yeddi kəndi və bir postu atəşə məruz qoyduğunu bildirib. Tacikistanın İsfara şəhərinin rəsmiləri 1 mülki şəxsin həlak olduğunu, daha üç nəfərin isə yaralandığını bildiriblər.

Baş verən gərginliyə görə Bişkek və Düşənbə bir-birlərini günahlandırır.

***

Hazırda Tacikistan-Qırğızıstanın dövlət sərhədində döyüşlər gedir.

Mia.az Report-a istinadla xəbər verir ki, açıqlamanı Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi yayıb.

Bildirilib ki, Qırğızıstan sərhəddəki münaqişə ilə bağlı Tacikistanı əsassız olaraq ittiham etmək üçün sosial şəbəkələrdən yararlanır.

“Qırğız Respublikası sosial şəbəkə vasitəsi ilə Tacikisitanı münaqişəni davam etdirməkdə ittiham etməyə cəhd göstərir. Bunların heç biri reallığı əks etdirmir. Tacikistan Respublikası və Qırğız Respublikası ilə dövlət sərhədində vəziyyətin sabitləşməsi üzrə cəhdlərimiz 2022-ci il sentyabrın 15-də uğursuzluqla nəticələndi. Qırğızıstan silahlı münaqişəni davam etdirir və problemin danışıqlar yolu ilə həllindən imtina edir”, - məlumatda vurğulanıb.

***

“Əldə edilən razılığa baxmayaraq, Tacikistan Qırğız Respublikası ilə sərhəddəki münaqişə bölgəsinə hərbi döyüş texnikası cəmləşdirir”.

Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, atəşkəs haqqında əldə edilən razılığa baxmayaraq, rəsmi Düşənbə münaqişə bölgəsinə döyüş texnikası yığır və Qırğız Respublikasının ərazisini malik olduğu bütün texnikadan atəş açır: “Bununla da Tacikistan ərazimizi ələ keçirməyə çalışır”.

Qeyd edək ki, Tacikistanla Qırğızıstan sərhədçiləri arasında Leylek və Batken sərhədyanı rayonlarında atışma olub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilib.

Xatırladaq ki, Tacikistan və Qırğızıstanın təhlükəsizlik qurumları arasında atəşkəsə dair razılıq əldə edilib.