Şəfəqə Doğru » Manşet » Putinin milyarder "desantı" Xocavəndin Qırmızı Bazar qəsəbəsinə də gəldi və...-FOTOLAR

Putinin milyarder "desantı" Xocavəndin Qırmızı Bazar qəsəbəsinə də gəldi və...-FOTOLAR

Putinin milyarder "desantı" Xocavəndin Qırmızı Bazar qəsəbəsinə də gəldi və...-FOTOLAR
Vardanyan: "Düşmən görməlidir ki, burada həyat davam edir, biz buradan heç yerə getmirik və hər şeyi edəcəyik ki, övladlarımız bu torpaqda  yaşasınlar..."
 




"Deməli, Putinin Vardanyan qarşısında qoyduğu əsas vəzifə Qarabağdakı hayklara ruh, ümid vermək və onların Azərbaycan torpaqlarından köçüb getməsinə imkan verməməkdir ki, Rusiyanın "sülhməramlı" adlanan hərbi kontingentinin buradakı varlığı məhz bu amildən asılıdır..." 


 
Artıq 40 gündən çoxdur ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda qeyri-qanuni olaraq ictimai-siyasi, iqtisadi-sosial  və s. fəaliyyətlə məşğul olan erməni mənşəli Rusiya milyarderi Ruben Vardanyan dünən -oktyabrın 13-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində də olub və oradakı haykların problemləri ilə maraqlanıb.
Moderator.az xəbər verir ki, erməni nəşrlərinin məlumatına görə, üzdəniraq "xeyriyyəçi" bu haqda özünün "Facebook" səhifəsində yazıb.
 
Əyanilik üçün Putinin "milyarder desantı"nın sosial şəbəkədəki postunun əsas hissəsinin tərcüməsini nəzərinizə çatdırırıq:
 
"Martuni(Xocavənd-S.L.) rayonunun sərhədyanı Karmir Şuka(Qırmızı Bazar-S.L.) kəndinin sakinləri ilə görüş zamanı bir daha əmin oldum ki, indiki mərhələdə ən vacib məsələ biganəliyə qalib gəlməkdir. Biz gələcəyə inamı bərpa etməliyik və bu, yalnız bütün gücümüzü və bütün iradəmizi birləşdirdikdə mümkündür.
 
İnsanlar daha çox haqsızlıqdan əziyyət çəkirlər, ən çox narahatlıq qeyri-müəyyənlikdən qaynaqlanır. Ancaq heç bir şeyin əvvəlcədən həll olunmadığını biləndə bu, sənə ümid verir. Bəli, 240 ailənin yaşadığı kənd indi düşmən gülləsi altında olsa da, burada əhali gəncdir: 870 nəfərdən 292-si uşaqdır. Bu kənddə 10 çoxuşaqlı ailə var, deməli, bizim burada işimiz çoxdur və dincəlməyə haqqımız yoxdur.
Düşmən görməlidir ki, burada həyat davam edir, biz buradan heç yerə getmirik və hər şeyi edəcəyik ki, övladlarımız bu torpaqda  yaşasınlar".
 
P.S. Deməli, Putinin Vardanyan qarşısında qoyduğu əsas vəzifə Qarabağdakı hayklara ruh, ümid vermək və onların Azərbaycan torpaqlarından köçüb getməsinə imkan verməməkdir ki, Rusiyanın "sülhməramlı" adlanan hərbi kontingentinin buradakı varlığı məhz bu amildən asılıdır...