Şəfəqə Doğru » Manşet » İlham Əliyev Gürcüstanda səfərdədir - YENİLƏNİB

İlham Əliyev Gürcüstanda səfərdədir - YENİLƏNİB

İlham Əliyev Gürcüstanda səfərdədir - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib.

 

Shafaqadogru.com xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.

 

***

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstana işgüzar səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

 

Prezident İlham Əliyev səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşəcək. Bundan əlavə, dövlət başçıları mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.