“Ermənistan hakimiyyətinin fikrincə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin oktyabrın 31-də Soçidə gözlənilən üçtərəfli görüşü dönüş nöqtəsi olmayacaq. Bu, sadəcə növbəti görüş olacaq”.
Shafaqadogru.com xəbər verir ki, bu barədə İrəvanın “Hraparak” qəzeti yazıb.
“Paşinyan öz dar çevrəsində bildirib ki, Ermənistan hakimiyyət dəyişikliyi ilə hədələnsə belə, heç bir halda “sülh müqaviləsi”nin rus variantını imzalamayacaq. Baş nazir deyib ki, xalq hakimiyyəti dəstəkləyir və o, Rusiyanın təhdidlərindən qorxmur”, – deyə mənbə qeyd edib.