Şəfəqə Doğru » Manşet » Məşhur bloqerin adından istifadə edib şəhid qardaşının pullarını oğurladılar

Məşhur bloqerin adından istifadə edib şəhid qardaşının pullarını oğurladılar

Məşhur bloqerin adından istifadə edib şəhid qardaşının pullarını oğurladılar

Bu ilin sentyabrında Ermənistan ordusunun törətdiyi təxribat nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dələduzluqla üzləşib.

“Kriminalqafqaz” xəbər verir ki, bu barədə şəhidin qardaşının dostu Elyar İslamoğlu məlumat verib. O bildirib ki, Sənana xarici nömrədən zəng edilib və zəngi edən şəxs Moskvada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək Sənandan pul köçürmək üçün hesab nömrəsi istəyib: “Sənan hesab nömrəsini deyib. Daha sonra ondan göndərilən kodu deməsi istənilib. Kodu deyən kimi kart hesabındakı pullar çəkilib. Zəngi edən şəxs Sənanın şəhid qardaşı olduğunu bilib. Azərbaycan dilində danışırmış. Zəng edilən nömrə +7939803-81-83”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Kriminalqafqaz"a məsələnin nəzarətə götürüldüyünü açıqlayıb: “Baş vermiş hadisə araşdırılır və nəticəsi ilə bağlı məlumat veriləcək”.