Azərbaycan Ordusunun hərbi qulluqçusu Ruslan Şükür oğlu Hümmətyarov noyabrın 17-də kəskin meninqo - ensefalit diaqnozu ilə müalicə olunduğu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında həkimlərin səyinə baxmayaraq vəfat edib.
Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
Qeyd edək ki, bu gün Azərbaycan Ordusunun daha bir hərbi qulluqçusu - Paşayev Elşad Şirağa oğlu da vəfat edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, o, yaşadığı ünvanda hemorragik insult səbəbindən dünyasını dəyişib.