Şəfəqə Doğru » Manşet » Peruda etirazçılar polisi öz avtomobilində diri-diri yandırıb

Peruda etirazçılar polisi öz avtomobilində diri-diri yandırıb

Peruda etirazçılar polisi öz avtomobilində diri-diri yandırıb
Perunun Puno departamentində yerləşən Xuliaka şəhərinin hava limanında etirazçılar bir polis əməkdaşını avtomobilində diri-diri yandırıblar.
 
Shafaqadogru.com  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Alberto Otarola konqresdə çıxışı zamanı bildirib.
 
“Bir qrup nümayişçi iki polis əməkdaşının olduğu patrul avtomobilini saxlayıb. Biri döyülüb, ikincisi isə diri-diri yandırılıb”, - A.Otarola vurğulayıb.
 
O söyləyib ki, hökumət növbəti üç gün ərzində Puno departamentində komendant saatı tətbiq etmək qərarına gəlib.
 
Qeyd edək ki, Punoda yerləşən Xuliaka şəhərinin hava limanı yaxınlığında etirazçılarla polis arasında toqquşmalar yanvarın 6-da başlayıb. Nümayişçilər Prezident Dina Boluartenin istefasını və dövlət başçısı üçün yeni seçkilərin keçirilməsini tələb edirlər. Həkimlərin məlumatına görə, toqquşmalarda azı 17 nəfər ölüb, 52 nəfər yaralanıb.
 
2022-ci il dekabrın 7-də Prezident Pedro Kastilyonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Peruda genişmiqyaslı etirazlar başlayıb. Onların iştirakçıları yolları bağlayıb, hava limanlarını zəbt ediblər, hakimiyyət və hüquq-mühafizə orqanlarının binalarına basqın ediblər. Ötən ilin dekabrında baş verən qarşıdurmalarda 30-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb.