Şəfəqə Doğru » Manşet » Oyundan sonra azarkeşi bıçaqlayan şəxs tutuldu

Oyundan sonra azarkeşi bıçaqlayan şəxs tutuldu

Oyundan sonra azarkeşi bıçaqlayan şəxs tutuldu

Yanvarın 31-də Bakıda keçirilən Səbail-Kəpəz oyunundan sonra bıçaqlanma hadisəsi törətmiş gənc tutulub.

Səbail RPİ-nin həyata keçirdiyi əməliyyat-axtarış tədbiri ilə 1997-ci il təvəllüdlü şəxsə ayaq nahiyəsindən xəsarət yetirən Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Ömər Musayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, əməliyyat olunan Rahib adlı azarkeşin həyatı üçün təhlükə yoxdur, müalicəsi davam edir.