Şəfəqə Doğru » Manşet » Norveç ukraynalı pilotlar üçün təlimə başlayır

Norveç ukraynalı pilotlar üçün təlimə başlayır

Norveç ukraynalı pilotlar üçün təlimə başlayır

Ukrayna və Norveç pilotların hazırlanması missiya ilə bağlı danışıqlara başlayıb.

 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

 

Onun sözlərinə görə, Norveç bir çox sahələrdə Ukraynaya dəstəyini ifadə edir. Belə ki, Norveç Ukraynaya hava hücumundan müdafiə sistemləri, artilleriya silahları və xüsusi texnika göndərib.

 

Bundan əlavə, Norveçdə Ukraynaya uzunmüddətli büdcə dəstəyi proqramı mövcuddur. Bu proqram çərçivəsində beş il ərzində Ukraynaya 7 milyard dollar ayrılacaq.

 

"Biz Norveçlə birlikdə ata biləcəyimiz əlavə addımları müzakirə etdik”, - Zelenski bildirib.