Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib. Bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.
“Oş vilayətinin Qara-Su rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib”, - nazirlikdən bildirilib.
Zərərçəkənlərə ilkin zəhərlənmə diaqnozu qoyulub.
Zəhərlənməyə konkret nəyin səbəb olduğu hazırda mütəxəssislər tərəfindən müəyyən edilir. Müvafiq təhlillər aparılır.(TASS)
Qırğızıstanda uşaqlar arasında kütləvi ZƏHƏRLƏNMƏ
30-03-2023, 11:29 347