Şəfəqə Doğru » Manşet » Rusiya bayrağı hara gəlibsə, özü ilə şər və əzab gətirib - Zelenski

Rusiya bayrağı hara gəlibsə, özü ilə şər və əzab gətirib - Zelenski

Rusiya bayrağı hara gəlibsə, özü ilə şər və əzab gətirib - Zelenski

"Rusiyanın üçrəngli bayrağı hara gəldisə, özü ilə şər və əzab gətirdi".

 

Shafaqadogru.com  xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

 

"Harada Rusiya işğalı olubsa, orada insanlar şikəst edilib, qətlə yetirilib, şəhərlər və kəndlər dağıdılıb. Bütün bunlara görə işğalçı tam məsuliyyət daşımalıdır. Sülh o zaman uzun sürə bilər ki, o, təcavüzün pislənməsinin ədalətli əsasları üzərində qurulsun və onu məhv edənin məsuliyyəti tam təmin olunsun", - Zelenski qeyd edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.