Türkiyənin İzmir vilayətinin Çeşme, Menderes və Selçuk rayonları sahillərində Yunanıstan tərəfindən Türkiyənin daxili sularına doğru hərəkətə sövq edilən və qayığın mühərrikində nasazlıq yaranması səbəbindən kömək istəyən 133 qanunsuz miqrant xilas edilib. Shafaqadogru.com TRT-yə istinadən xəbər verir ki, miqrantlara zəruri ilkin yardım edilib. Bundan sonra onlar Miqrasiya İdarəsinə aparılıblar. Hüquqi prosedurlar həyata keçirilib.