“Qəzza zolağının şimalından quru əməliyyatı başlayandan bəri 1 milyondan çox dinc sakin təxliyə edilib”. Bu barədə brifinq zamanı İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Piter Lerner bildirib. Ətraflı Ad - 00:30 “Müxtəlif dövrlərdə bir neçə yüz min nəfərlə kifayət qədər böyük uğurlar əldə etmişik. Bəzi hesablamalara görə, 1 milyondan çox insan şimal rayonlarından təxliyə edilərək Qəzzanın cənubuna gedib”, - o qeyd edib. Onun sözlərinə görə, bu, quru əməliyyat zamanı düşmənin gizləndiyi yerləri müəyyən etmək üçün manevr imkanı verir. Bundan başqa, İsrail Müdafiə Ordusu təkcə son üç gündə 200 minə yaxın insanın Qəzza şəhərini tərk etdiyi barədə məlumat verib.