Ermənistan Baş naziri Nikol Paşinyanın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədikləri ilə bağlı açıqlaması əks-reaksiyalar doğurub.
Shafaqadogru.com xəbər verir ki, Paşinyanın 24 noyabrda diaspor və ictimaiyyət nümayəndələrinin suallarını canlı yayımda cavablandırarkən dediyi “Biz Gürcüstanın birliyini və dövlətçiliyini tam və birmənalı şəkildə dəstəkləyirik” ifadəsinə ilk reaksiya rusmeyilli müxalifət və qondarma Abxaziya “rəsmiləri” tərəfindən gəlmişdi.
Ötən gün isə Abxaziyanın qondarma parlamentinin erməni deputatları Nikol Paşinyana qarşı müraciət yayıblar. Onların bu müraciətdə Paşinyanı Gürcüstanın ərazi bütövlüyünü tanımasına görə qınaması və Azərbaycandakı keçmiş qondarma rejimlə müqayisələr aparması yox, bəzi məlumatlar daha maraqlıdır.
Müraciətdə bildirilib ki, Abxaziyada 42 min erməni yaşayır və onlara öz dillərində təhsil, adət-ənənələri yaşatmaq üçün hər cür şərait yaradılıb. 42 minlik əhalinin isə qondarma parlamentdə 4 “deputatı” var.