Şəfəqə Doğru » Manşet » 3 yaşlı uşağını kabellə boğaraq öldürdü - Türkiyədə dəhşətli cinayət + Fotolar

3 yaşlı uşağını kabellə boğaraq öldürdü - Türkiyədə dəhşətli cinayət + Fotolar

3 yaşlı uşağını kabellə boğaraq öldürdü - Türkiyədə dəhşətli cinayət + Fotolar

Türkiyənin Zonquldak rayonunun Gökçəbəy qəsəbəsində 25 yaşlı qadın 3 yaşlı oğlunu öldürüb.

Shafaqadogru.com  CNN Türk-ə istinadən xəbər verir ki, Gülverən adlı qadın əri çörək almaq üçün evdən çıxdıqdan sonra uşağının yatdığı otağa gedib və qapını kilidləyib.

Qadın oğlu Əmir Canı telefon kabeli ilə boğaraq öldürüb. Sonra öz biləklərini kəsərək intihara cəhd edib.

Qadının əri evə qayıtdıqdan sonra qapını aça bilməyib. Pəncərədən evə daxil olan kişi dəhşətli mənzərəni görüb.

Uşaq və qadın dərhal xəstəxanaya yerləşdiriliblər. Əmir Canın hadisə yerində keçindiyi məlum olub. Reanimasiyaya yerləşdirilən qadının vəziyyəti ağırdır.

Hadisə ilə bağlı polisdən məlumat verilib ki, 5 iyulda qadın ərindən şiddət gördüyü iddiası ilə məhkəməyə şikayət edib. Məhkəmə qadını əri Olcaya evdən uzaqlaşdırma cəzası verib. Lakin cütlük barışdıqdan sonra Olcay evə qayıdıb.

Polis hazırda hadisənin səbəbini araşdırır.