Gədəbəydə bələdiyyə başçısı, məktəb direktorunun intiharı ilə bağlı iddialar var.
Vizual.az-ın xəbərinə görə, Talakənd məktəbinin direktoru Fəxrəddin Əliyevlə rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyev bir neçə gün qabaq mübahisə ediblər. Bu mübahisənin nə üstündə olduğu açıqlanmır.
Şöbə müdirindən şikayət
Lakin B.Nağıyevin F.Əliyevdən "haqq” istədiyi barədə iddialar səslənir. Məlumatlara görə, B.Nağıyev istintaqa çağırılıb və ifadəsi alınıb. Onun barəsində intihara təhrik maddəsi ilə cinayət işi başlanması istisna deyil. Lakin təhsil şöbəsi müdiri Gədəbəyin icra başçısı Ramiz Yediyarov tərəfindən himayə olunur. Bu mənada başçının yaxın adamını bir məktəb direktorunun intiharına görə qurban verəcəyi inandırıcı görünmür.
Məlumatı mərhumun yaxınları bildiriblər ki, F.Əliyev ölümündən əvvəl B.Nağıyevin onu bezdirməsi haqda fikirlər söyləyirmiş. Buna görə də şöbə müdirindən Gədəbəy Rayon Prokurorluğuna şikayətlər olunub.
Mərhum F.Əliyevin oğlu Elvin Əliyev Musavat.com-a deyib ki, atasının ölümü ilə bağlı prokurorluğa şikayətlər ünvanlayıblar. Yas məclisindən sonra məsələ ilə bağlı daha ətraflı şəkildə fəaliyyətə başlayacaqlar. Rayon sakinləri F.Əliyevi təcrübəli pedaqoq kimi tanıyır. O, işini bilən, idarəçilik qabiliyyəti olan şəxs kimi xarakterizə olunur.
Rayon sakinləri deyir ki, F.Əliyevin həyatla bu şəkildə vidalaşması mərhumun çox ciddi problemlərlə üz-üzə qala bilməsi və bu səbəbdən intihara əl atması ehtimalını yaradır. Bildirirlər ki, F.Əliyev həyatsevər insan olub, onun ölümündə əlbət ki, çox ciddi səbəblər var.
F.Əliyevin intiharına daha çox çalışdığı məktəbə dövlət büdcəsindən ayrılan vəsaitlərin təhsil müəssisəsinə çatana qədər B.Nağıyev tərəfindən silinməsi, invertarların ələ keçirilməsi kimi halların rol oynaya bilməsi ehtimalına üstünlük verilir. F.Əliyevin məktəb direktorluğu ilə yanaşı bələdiyyə sədri vəzifəsini də icra edib.
Başçının təhsildəki yeyintiləri
Sakinlər bildirdilər ki, F.Əliyevin rəhbərlik etdiyi bələdiyyədə ciddi maliyyə məsələləri olmayıb, torpaq islahatı da uzun illər əvvəldən bitib. Bu səbəbdən F.Əliyevin intiharına daha çox çalışdığı məktəbə dövlət büdcəsindən ayrılan vəsaitlərin təhsil müəssisəsinə çatana qədər silinməsi, invertarların ələ keçirilməsi kimi halların rol oynaya bilməsi ehtimalına üstünlük verilir.
Bu məlumat fonunda F.Əliyevin ölümündən əvvəl təhsil şöbəsi müdirindən şikayətlənməsi, giley-güzar etməsi haqda bilgilər direktorun ölmündən əvvəl psixoloji gərginlik keçirdiyini söyləməyə əsas verir.
O da deyilir ki, Gədəbəydə təhsilin səviyyəsinin bu dərəcədə aşağı düşməsində icra başçısı Ramiz Yediyarovla birgə Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevin misilsiz "xidmətləri" var. İcra başçısı təhsilə ayrılan vəsaitə sahib çıxmaq üçün təhsil şöbəsinin müdirilə iş birliyinə girib və onların fəaliyyətləri nəticəsində gədəbəyli gənclər normal təhsil almaqdan məhrum olublar.
Baxış Nağıyev icra başçısının bütün tapşırıqlarına can-başla əməl etdiyindən Ramiz Yediyarov ona bütün lazımi şəraiti yaradıb. Qeyd edək ki, artıq Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.