Şəfəqə Doğru » Manşet » Sərkisyan xalqa zor tətbiqinə hazırlaşır – Video

Sərkisyan xalqa zor tətbiqinə hazırlaşır – Video

Sərkisyan xalqa zor tətbiqinə hazırlaşır – Video

Serj Sərkisyanın ötən gün parlamentdə baş nazir kimi təsdiqlənməsindən sonra bu vaxta qədər etirazçılara qarşı loyal davranmağa çalışan polis artıq zorakılıq tətbiq etmək üçün zəmin hazırlığına başlayıb.
Shafaqadogru.com  axar.az-a istinadən xəbər verir ki, Ermənistan polisi İrəvandakı etiraz aksiyalarında kobud pozuntular aşkarladığını açıqlayıb. Polisin bəyanatında bildirilir ki, etirazçılar dövlət və mülki avtomobillərin təkərlərini kəsici və deşici alətlərlə sıradan çıxarırlar. Bu isə aksiya iştirakçılarında kəsici-deşici alət (soyuq silah) olduğu anlamına gəlir.
Qeyd edək ki, ötən gün gecə etiraz aksiyasını dayandıran müxalifət lideri Nikol Paşinyan bu gün saat 10:00 üçün bütün Ermənistan ərazisində etiraz mitinqləri elan edib. Tərəfdarlarına müraciətdə o bildirib ki, Məxməri İnqilab Komitəsi bu gün "bütün İrəvanı iflic edəcək”.