Dünyada baş verən terror hadisələrinin 95 faizinin arxasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi dayanır.
Shafaqadogru.com "Yeniakit”a istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Putinin sözlərinə görə, 2017-ci ildə Sankt-Peterburqda baş verən metro hücumu da bu həqiqət nəzərə alınaraq qiymətləndirilməlidir.
"Əgər MKİ-nin əlində rus qanı varsa, sülhpərvər rus ayısını yuxudan oyatdıqları üçün daim peşman olacaqlar. MKİ dərin dövlətin çirkli işlərini həyata keçirən qurumdur, dünya oliqarxiyasının və yeni dünya nizamının ifadəsidir. İdarə ABŞ-ın bir parçası olaraq var olsa da, əslində amerikalı deyil. MKİ ABŞ xalqının yararına çalışmır və onların mənafeyinə uyğun hərəkət etmir”, - Putin bildirib.