Şəfəqə Doğru » Manşet » Kollecin Direktoru möhürü və xidməti avtomabili özü ilə aparıb.

Kollecin Direktoru möhürü və xidməti avtomabili özü ilə aparıb.

Kollecin  Direktoru    möhürü  və  xidməti   avtomabili özü ilə aparıb.
                                         Gücü yetsə  "Qoltuğu da” ozü ilə aparardı.
    Bu  günlərdə  redaksiyamıza  bir  məlumat  daxil  oldu.Məlumatda   Qazax   Dövlət  Sosial   İqtisadi  Kollecində   Elşad   Quliyevin  23 iyul  2018 –ci ildə  məzuniyyətə  çıxması   və  möhürü  ,xidməti  avtomobili    də  özü  ilə  götürmesi   olub ki, bu da , demək  olar  ki,  kollecdə  işin dayanmasına  səbəb  olub.Hətta,  mənbə  onuda  bildirir  ki,  direktora aid  olan  otağın açarınıda   əvəzləyicisinə  verməyib.Faktla   əlaqədar  direktorun  əvəzleyicisi  ,müavin  Elçin  Göyüşova  müraciət  etdik.Elçin  Göyüşov   söylənənlərin  doğru  olduğunu   etiraf  etdi.Səbəbini     soruşduqda  isə  : --" Bunun  cavabını  özündən  soruşun "   dedi.                                                                                                                                                                     
 
Elşad müəllimlə  telefon əlaqəsi   yaratdıq.Elşad  müəllim -  " Sizə nə  dəxli  var, niyə hər şeyə  qarısırsız? Özüm  bilərəm, kollecin direktoru  mən deyiləm?”  deyib,  telefonu  qapatdı.  Bəli,  Elşad   Quluyev   əmək  qanunlarını   pozduğu  kimi  KİV  haqqında   qanunun 8-ci   maddəsinidə   kobudcasına  pozaraq , redaksiyamızın   suallarını da  cavabsız  qoydu.  Özünün  dediyi  kimi , deyesen  arxası  möhkəmdir.                                                             Mənbə  onuda  deyir ki,  Elşad  müəllim  hər kəsə belə deyir.Yəqin ki, məqaləni  oxuduqdan  sonra  Təhsil  Nazirliyinin  rəhbərliyi  Qazax  Dövlət  İqtisadi  Kollecinin , " yoxlanılıb”  deyilənlərin  doğru olduğunu öyrəndikdən   sonra  bir  nəticəyə  gələr.
                                                        Neymət   Novruz.