Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin sədri Arif Məmmədovla görüşü barədə yeni açıqlama verib.
Shafaqadogru.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, Revazyan görüşün plansız baş tutduğunu və Xocalı aeroportunda uçuşların həyata keçirilməsi ilə bağlı məsələnin müzakirə edilmədiyini diqqətə çatdırıb. O, görüşün plansız baş tutduğunu, heç bir məsələni müzakirə etmədiklərini və sadəcə qəhvə içdiklərini də əlavə edib.
"Biz uçuşların təhlükəsizliyi ilə məşğul oluruq və siyasətin bu məsələdə yer olmamasına çalışmayılıq. Bizim təyyarələrin Türkiyə və Azərbaycan ərazisindən keçdiyini nəzərə alsaq, bu ölkələrə normal münasibətlərə malik olmalıyıq. Amma Xankədi aeroportu ilə bağlı məsələni Arif Məmmədovla müzakirə etməmişik”.