Parlament seçkilərindən sonra açıqlanan exit-poll nəticələri ilə Mərkəzi Seçki Komissiyasının verdiyi statistikada üst-üstə düşməyən bir dairə müəyyən olunub (modern.az).
Ötən gün "Opinion Way” təşkilatının açıqladığı məlumata görə, exit-poll nəticəsində 79 saylı İmişli Seçki Dairəsində Razi Nurullayev 49 faiz səslə öndə idi. Lakin bu gün səhər saat 07-də MSK-nın açıqladığı liderlər siyahısında R.Nurullayevin adı çıxmayıb. MSK-nın ilkin nəticələrinə görə, bu dairədə "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev 23,7 faiz səslə liderdir.
Qeyd edək ki, Murad Fərzəliyev 2 411, Razi Nurullayev isə 1 382 səs toplayıb