Şəfəqə Doğru » Manşet » Siqaret çəkənlər koronavirusa yoluxmur? – Həkim

Siqaret çəkənlər koronavirusa yoluxmur? – Həkim

Siqaret çəkənlər koronavirusa yoluxmur? – Həkim
Siqaret çəkən insanların koronavirusa yoluxma riskinin çəkməyənlərdən dəfələrlə az olması ilə bağlı yayılan məlumatın həqiqəti əks etdirdiyinə inanmıram. Bu, tam əsassız məlumatdır. İlk gündən də deyilir ki, koronavirus ciyərində, tənəffüs yollarında müəyyən problem yaşamış insanlarda daha ağır fəsadlar yaradır. Siqaret çəkən insanlarınsa ciyəri tam sağlam deyil.

Bu sözləri Axar.az-a tibb üzrə professor Adil Qeybulla alimlərin apardığı araşdırmanın nəticəsi olaraq siqaret çəkənlərin bu virusa yoluxma riskinin az olması ilə bağlı danışarkən deyib.

A.Qeybulla bildirib ki, araşdırmanın nəticəsini real hesab etmək olmaz:

"Ölənlərin çoxu ya xəstəliyə ilk gündən laqeyd yanaşanlar olub, ya immun sistemi olduqca zəif olan və ya başqa xəstəlikləri olan qocalar. Əgər ağciyərdə başqa xəstəlik varsa, müxtəlif xəstəliklər yaşanıbsa, o cümlədən həmin şəxs siqaret də çəkirsə, onun xəstəlikdən ölüm riski daha çoxdur.

Bu baxımdan, araşdırmanın cavabını ciddi hesab etmək olmaz. Çünki hazırda heç bir araşdırmadan söhbət gedə bilməz. Bunun üçün köklü araşdırma aparılmalıdır. Bu virusa təkcə Çində yoluxma baş verməyib axı. 124 ölkədə yoluxma qeydə alınıb və ölümlər baş verib. Bütün bunları araşdırmaq üçün təxminən 1 ilə qədər vaxt lazımdır. Hələ virusa yoluxma halları getdiyi ərəfədə nə tez belə bir araşdırma aparıb nəticə əldə etdilər?!”

A.Qeybulla bildirib ki, bu, siqaret şirkətlərinin uydurma məlumatı da ola bilər:

"Mən heç bir halda buna inanmıram. Çünki siqaret birmənalı olaraq ciyəri sıradan çıxaran bir vasitədir. Koronavirus da tənəffüs yollarında, ciyərdə yaranan xəstəlik olduğuna görə, siqaret çəkən insana daha çox təsir etməlidir. Bu açıqlamanın heç bir məntiqi əsası yoxdur. Sıradan çıxmış ciyərin koronavirusa qalib gəlmə ehtimalı çox aşağıdır”.

Xatırladaq ki, "Federal Press”in məlumatına görə, koronavirusa yoluxanlar arasında siqaret çəkənlərin daha az olduğu bildirilib.