Türkiyədə son bir gün ərzində koronavirusa daha 5138 nəfər yoluxub.
Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazir bildirib ki, son 24 saatda 33 170 test edilib: "5138 yeni hal (koronavirusa yoluxma) qeydə alınıb. 95 xəstə öldü. İndi ölənlərin ümumi sayı 1 101, xəstələrin ümumi sayı 52167 nəfər oldu. Virusa yoluxmuş 2 965 nəfər isə sağalıb".