Şəfəqə Doğru » Manşet » Bərdə rayon Mərkəzi Xəstəxanasında biabırçılıq- 400 manat alıb yarımçıq əməliyyat edən cərrah!

Bərdə rayon Mərkəzi Xəstəxanasında biabırçılıq- 400 manat alıb yarımçıq əməliyyat edən cərrah!

Bərdə rayon Mərkəzi Xəstəxanasında biabırçılıq- 400 manat alıb yarımçıq əməliyyat edən cərrah!
Teref.info olaraq vətəndaşın şikayətini sizə təqdim edirik. Bərdə rayon Mərkəzi Xəstəxanasında bacısı qızının başına gətirilən hadisələrlə bağlı Fuad Yusifov şikayətlə müraciət edib. Bərdə rayon Mərkəzi Xəstəxanasınn cərrahı Asif Fərzəliyev 14 yaşlı bacım qızının öd kisəsində daş olduğu səbəbindən 400 manat müqabilində əməliyyat etmişdir. Cərrahiyyə əməliyyatı zamanı qızın öd kisəsi götürülmüşdür. Aradan 4 gün keçməyinə baxmayaraq uşaqda ağrılar ara vermir. Asif həkimə müraciət edəndə isə o bizə ” Uşağı ərköyün böyütmüsünüz, ona gənəgərçək yağı verin, nə bilim daha nə edin getsin” deyir. Bacım Asəf doktorun xəbəri olmadan başqa həkimə müraciət edir.O həkimdə uşağı UZİ və Rentgen edirlər.Məlum olur ki, uşağın qarnına maye yığılır.Yenidən Asəf doktora müraciət edirlər.Asəf doktor 4 gündən sonra yenidən əməliyyat edir. Lakin günlər keçdikcə qoyulan drenajdan maye axını kəsilimir.Uşaq saralır. Yenidən həkimə müraciət olunur və müayinədən keçirlər.Məlum olur ki, uşağın qaraciyərindən 12 barmaq bağırsağa keçən çıxışında 4mm daş qalıb. Bu dəfə uşağı Bakıda 18.03.2016 – da 23 gün sonra endoskopik əməliyyat edirlər. daşı ordan çıxardırlar. İndi siz deyin Bərdə Rayon Xəstəxanasında belə ” baytar” cərrahlar haqqında hansı tədbirlər görülməlidir ki, başqa insanlar bacım qızının gününə düşməsinlər?

r