Şəfəqə Doğru » Manşet » Keçmiş köməkçisi onu "mənəviyyatsız prezident " adlandırdı

Keçmiş köməkçisi onu "mənəviyyatsız prezident " adlandırdı

Keçmiş köməkçisi onu  "mənəviyyatsız prezident " adlandırdı

"ABŞ Prezidenti Donald Tramp ikinci müddətə prezident seçilməyə çalışan mənəviyyatsız Ağ Ev rəhbəridir”.

TASS-ın yaydığı  xəbərə  görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton "El Pais” qəzetinə verdiyi müsahibədə deyib.

 

"Düşünürəm ki, Donald Tramp növbəti dəfə prezident seçilmək üçün ABŞ-a yox, məhz özü üçün sərfəli maraqlara xidmət edən mənəviyyatsız prezidentdir”, - deyə C.Bolton qeyd edib.

Qeyd edək ki, C.Bolton vəzifəsindən kənarlaşdıralandan sonra ABŞ-ın hazırkı prezidentinə qarşı sərt açıqlamaları ilə gündəmə gəlir.