Xəbər verdiyimiz kimi Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı məhkəmənin qərarı iki gündür ki, müzakirələrə səbəb olub. Lerik rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun Şəfahət Məmmədovu cəmi bir il azadlıqdan məhrum etməsi qadın təşkilatları tərəfindən narazılıqla qarşılanıb.
Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Ş.Məmmədovun ən 15 il azadlıqdan məhrum edilməsini istəyib:
"Bu ədalətsizlikdir. Azyaşlının ailəsi şikayətçi olmasa belə, dövlətin qanunu var. Yəni zərərçəkən tərəf şikayətçi olmasa belə qanunla o adam 15 azadlıqdan məhrum edilməlidir. Çünki bu adam müəllimdir, ikinci ortada azyaşlı qızın taleyi var. Bu qərar digərlərində də dərs olmalıdır ki, belə bir addım atmasınlar. Mən indi Bakıda deyiləm, amma qayıdandan sonra Mehriban Zeynalovayla danışıb məsələni qaldıracağıq. Heç kəs narahat olmasın”.
Qeyd edək ki, "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da məhkəmənin qərarını ədalətsiz adlandırıb.
Vasif Əlihüseyn