Şəfəqə Doğru » Manşet » Tbilisidə insanları girov götürən şəxs saxlanıldı

Tbilisidə insanları girov götürən şəxs saxlanıldı

Tbilisidə insanları girov götürən şəxs saxlanıldı

Gürcüstanın paytaxtı Tbilisi şəhərində naməlum silahlı şəxs "EmBiEs”mikromaliyyə təşkilatı binasında doqquz nəfəri girov götürüb.


Sözügedən şəxsin girovları azad etmək üçün tələbləri sosial sahəni əhatə edib. Belə ki, o, bank faizlərinin və dərman preparatlarının qiymətinin endirilməsini tələb edib.
Silahlı şəxslə aparılan danışıqlardan sonra polis altı nəfərin azad olunmasına nail olub.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, bir neçə saat davam edən danışıqlardan sonra bütün girovlar sərbəst buraxılıb. Silahlı şəxs isə saxlanılıb.