Şəfəqə Doğru » Manşet » Gəncədə qışa hazırlıq işləri yekunlaşdı

Gəncədə qışa hazırlıq işləri yekunlaşdı

Gəncədə qışa hazırlıq işləri yekunlaşdı

Gəncə Şəhər İcra hakimiyyətindən  verilən məlumata görə, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi qarlı havalarda yolların və səkilərin təmizlənməsi üçün texnikalarını saz vəziyyətə gətirib, anbarlara zəruri miqdarda qum və duz ehtiyyatı tədarük olunub.

 Gəncədə qışa hazırlıq işləri yekunlaşıb (FOTO) - Gallery Image

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Elşad Əsgərov bildirib ki, qarlı yollara səpilməsi üçün hazırda anbarlarda 20 ton duz və qum qarışığı saxlanılır. Bununla yanaşı 10 ədəd "MAZ” makralı avtomobil, 4 ədəd qoşqusuz və qoşqulu traktor, 2 ədəd "Amkodor” və 1 ədəd qreyder hazır vəziyyətə gətirilib. 14 Mənzil İstismar İdarəsinin hər birinə yolu və səkiləri qardan təmizləmək üçün lazımi sayda kürək, bel, işçilərə isə qış geyimləri paylanılıb.

 

Qışa hazırlıq işləri çərçivəsində 260-dək çoxmənzilli binanın tüstü bacaları təmizlənib. Bu istiqamətdə işlər davam etdirilir//modern