Şəfəqə Doğru » Manşet » Paşinyan dirəşir-“İstefa verməyəcəm”

Paşinyan dirəşir-“İstefa verməyəcəm”

Paşinyan dirəşir-“İstefa verməyəcəm”

"Ermənistanın hazırkı hakimiyyəti baş verənlərə görə cavabdehdir, lakin onlar ölkənin gələcəyini düşünməlidirlər”.

Bu barədə Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.

O, istefa verməyəcəyini və gələcəyin qurulması üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu deyib.

 

Paşinyan bildirib ki, Baş nazir olaraq baş verənlər üçün bütün məsuliyyəti öz üzərinə götürür, eyni zamanda 18 noyabrda təqdim olunan fəaliyyət planının icrası da daxil olmaqla gələcəyə görə də məsuliyyət daşıyır.

Xatırladaq ki, son 10 gündə Ermənistanda Fövqəladə Hallar Nazirliyi və Xarici İşlər Nazirliyinin rəhbərləri, müdafiə, təhsil, əmək və iqtisadiyyat nazirləri istefa veriblər//qafqazinfo