Şəfəqə Doğru » Manşet » Covid-19 xəstəsi olduğu halda evini tərk edənlərin sayı 10-dan çox oldu-Təhlükə yayırlar

Covid-19 xəstəsi olduğu halda evini tərk edənlərin sayı 10-dan çox oldu-Təhlükə yayırlar

Covid-19 xəstəsi olduğu halda evini tərk edənlərin sayı 10-dan çox oldu-Təhlükə yayırlar

Azərbaycanda dünən koronavirusa yoluxduğu halda evdən çıxaraq ictimai yerlərə gedən 10-dan çox şəxs saxlanılıb.


DİN Mətbuat xidmətindən  verilən məlumata görə, Tovuz rayonu İbrahimhacılı kənd sakini Sakit Gülməmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, Qazax rayonuna getməsi aşkarlanıb.

Astara rayonunun Kijəbə qəsəbəsinin sakini Vüsal Babayev və Maşxan kənd sakini F.Babayevaya "COVID-19” infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, onların yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar. Bu günə qədər Astarada yaşayış yerini tərk etmiş 5 nəfər koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb və hazırda istintaqı davam etdirilir.

 

Göyçay rayonunun Kürdəmiş kənd sakini Nicat Babaşov koronavirusa yoluxsa da, evi tərk etdiyi üçün saxlanılıb.


"COVID-19” testinin nəticəsi pozitiv olan Ağsu şəhər sakini Gülalı Əliyev rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb, həkimlərin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.

Quba rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi, rayon sakini Mübariz Şirinov saxlanılıb. O, qaydaları pozaraq Bakı şəhərinə getmək istəyib.

 

Oxşar faktlar Siyəzən, Xaçmaz və Xızı rayonlarında da qeydə alınıb. Belə ki, Siyəzən Rayon sakini Yusif Vəliyevə, Xaçmaz rayon sakini Sərdar Sərdarova və Xızı rayon sakini Səfaqət Abasovaya "COVID-19” infeksiyası testlərinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin onlar yaşayış yerlərini tərk ediblər///qafqazinfo 

Ağcabədi rayonunda "COVID-19” xəstələri kimi qeydiyyatda olan rayon sakinləri - E. Vəlili, F. Bəşirov və F. Məmmədovun yaşadıqları evləri tərk edərək karantin qaydalarını kobud şəkildə pozduqları müəyyən edilib. Həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar.

Bərdə rayonunda koronavirus pandemiyasına yoluxmuş sakin G.Əsədov karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi  müəyyən edilib. Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb. 

Qeyd edilən hər bir faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.