Dövlət Sərhəd Xidmətində hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:
Həkim-terapevt;
Həkim-ümumi cərrah;
Həkim-stomatoloq;
Həkim-sanepidemioloq;
Həkim-dermatoloq;
Həkim-infeksionist;
Həkim-otolarinqoloq;
Həkim-laborant;
Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;
Feldşer;
Feldşer-laborant;
Diş texniki.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;
Fiziki cəhətdən sağlam olmalı;
Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar
Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 564-16-92