Şəfəqə Doğru » Manşet » Virusa qarşı tədbir-Dövlət Agentliyi sahibkarlara müraciət etdi

Virusa qarşı tədbir-Dövlət Agentliyi sahibkarlara müraciət etdi

Virusa  qarşı tədbir-Dövlət Agentliyi sahibkarlara müraciət etdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların təsdiq edilmiş qaydalara daha ciddi əməl etmələri, ictimai iaşə obyektində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi və interaktiv məlumat mübadiləsi üçün ictimai iaşə obyektlərinə nəzarət üzrə məsul şəxs təyin etməli və həmin şəxs haqqında müvafiq məlumatları Qida Təhlükəsizliyi Agentliyinə təqdim etməlidirlər.

 

Bu barədə  AQTA-dan modern.az saytına məlumat verilib.

 

Bildirilib ki,epidemiya dövründə ictimai iaşə sektorunda müəyyən edilən qaydalara əməl edilməsi, o cümlədən məsul şəxsin müəyyən edilərək müvafiq məlumatların AQTA-ya təqdim edilməsinə monitorinqlər zamanı ciddi nəzarət ediləcəkdir. Monitorinqlər zamanı belə müəssisələr aşkar olunduqda onların fəaliyyətləri məhdudlaşdırılacaq və inzibati cəza tədbirləri görüləcəkdir.

 

Odur ki, sahibkarlar ictimai iaşə obyektində fəaliyyət göstərəcək məsul şəxs haqqında məlumatları ən qısa zaman ərzində Agentliyə şəxsi kabinetləri vasitəsilə və ya [email protected] elektron poçt ünvanına göndərilməsini təmin etməlidirlər.