Şəfəqə Doğru » Mədəniyyət » "Uşaqları əlimdən almaq üçün hər işdə yolumu bağlayırlar"

"Uşaqları əlimdən almaq üçün hər işdə yolumu bağlayırlar"

"Uşaqları əlimdən almaq üçün hər işdə yolumu bağlayırlar"

"Uşaqlarıma çox acı çəkdirirlər, onlar bu şəraitdə böyüməməlidirlər. İndiyənə kimi uşaqlarım üçün şərait qurmadım, çünki Mətanət İskəndərli və Kərimə güvənirdim. Mətanət xanım hər zaman deyirdi ki, onların gələcəyi haqda heç nə düşünmə, hər şeyi edəcəm. Hətta deyirdi ki, Tuncayın xaricdə oxuması üçün indidən vəsait ayıracam. Anamı toyumdan 2 ay sonra itirdim. Əgər sağ olsaydı, mənə bu əziyyətləri çəkdirə bilməzdilər, hər şeyim olardı. Heç bir qayınana ana olmaz".

Shafaqadogru.com  xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Mətanət İskəndərlinin gəlini Canana deyib. O bildirib ki, kirayədə qaldıqları evə 3 min manat borcu var və ev sahibi onları çıxarıb:

"Sağ olsun ev sahibi, bu günə kimi bizə güzəştə getdi. Evin qiyməti 800 manat olduğu halda 600-ə qədər endirim edirdi. Amma onu da ödəyə bilmədik. Tuncay atasına dəfələrlə mesaj yazdı ki, kirayə pulunu ödəyin, yoxsa kompüterim burada qalacaq. Uşaq onlayn dərslərə girə bilməyəcəkdi. Elə də oldu, kompüteri evdə qoymalı olduq. Əvvəl qaldığımız evin yerində bina tikən şirkət hər ay 1200 manat ödəyir. Onu belə bizə vermirlər.

Mənim tək istəyim övladlarımın haqqıdır. Dörd ev, dörd maşınları var. İndi boşanma davasına görə başlayıblar Kərimin adından bütün mülk və maşınları çıxartmağa. Ayrılanda mal bölgüsü olmasın deyə, adında heç nə saxlamayıb. Mənim üçün Kərimin aldığı maşın adıma deyildi, belə olacağını ağlıma gətirmirdim, ona görə etibarnamə ilə sürürdüm. İndi Kərim onu da ögey qardaşının adına keçirib.

Çox sevinirəm ki, artıq o ailədən uzağam. Amma gərək ayrılanda da normal ayrılasan. Belə pisliklərlə yox. Tək istəyim övladlarımı kirayələrdə əziyyətlə böyütməməkdir. Onlara bir ev versinlər. Mənim hər əl atdığım işdə yolumu bağlayırlar ki, vəziyyətim pisləşsin, övladlarımı əlimdən alsınlar".

Canana bildirib ki, martın 31-də məhkəmə olacaq.

Qeyd edək ki, Kərimlə Canananın üç övladı var. Onlar bir neçə vaxtdır qalmaqallı şəkildə ayrılıblar. Canana Kərimin ona və qızına şiddət göstərdiyini deyib.