"ÜSYAN VƏ QURAN”poemasından bir hissə - SƏMƏD VURĞUN
Alçaq
Musavat hakimiyyəti dövründə kəndimizdən bir səhnə
Yanır qəribanə kənd axşamları,
Titrək işıqlarla
məscid şamları;
Birisi mənbərdə əlində
Quran,
Vədələr söyləyir
"böyük tanrıdan”
Torpağın sinəsi
yarıq-yarıqdır,
Əkinçi qocadır,
öküz arıqdır...
Havada mığ-mığı
sancır insanı,
Dönüb zəhərlənir
insanın qanı,
Sonra üşütmələr canını kəsir,
Xəstə uşaqların
ayağı əsir;
Boğazlar qurumuş
sap kimi incə,
Qulaqlar yeni bir söz eşidincə ,
Dolanır həftələr,
dolanır illər;
Durur yol üstündə
aclar, əlillər.
Birisi mənbərdə,
əlində Quran,
Vədələr söyləyir
"böyük tanrıdan”
İnsanın üzünə
düşəndə yara
Kitablar
açdırır, gedib cindara.
Gəzir qapıları falçı qadınlar,
Bəşər taleyini həll
edir onlar!..
Analar ömrünün dolu yaşında
Gecələr əyləşir beşik başında.
Həzin laylalara tökür dərdini
Buydu Məhəmmədin
"müqəddəs dini”
Aclıq! Çəkilmişdir göylərə çörək;
Susuzluq! Quruyur bağlarda tənək;
Gölmə sularının rəngi sap-sarı,
Xəstəlik çürüdür ağaclıqları;
Dərin bir sükuta dalır təbiət;
Beləydi, sevgilim, bizim əski kənt!
Acından
qapıda sümsüyür itlər...
Budur, Türkiyədən gələn zabitlər,
Ağır zopalarla döyür insanı,
Qarışır ağzının,
burnunun qanı.
Hər axşam bir evə dolur qaçaqlar,
Yorğanı başına çəkir uşaqlar,
Töylədə xəflənib,
kişnəyir atlar,
Qorxub, uşaq salır həmli arvatlar;
Nə qanun, nə
nizam, nə də mərhəmət...
Beləydi,
sevgilim, bizim əski kənt!
Döyür hər qapını bir acı rüzgar,
Döyür hər qapını ölüm və azar...
Həyat parçalanır
boranda, qarda,
Meyitlər daşınır
arabalarda...
Göydə zəhərlənmiş, pozulmuş hava,
Yerdə nə dərman
var, nə də bir dava.
Odur, bax!
Uzaqdan gələn bayatı
Ağladır yuxuda bizim elatı
Ağlayır döşündə aşığın sazı,
Uçan durnaların küskün avazı;
Ağlayır gecənin yalnız sarbanı,
O ellər dünyası,
ellər karvanı...
(davamı var)

(davamı var)