Şəfəqə Doğru » Mədəniyyət » Aygün 90 minlik maşınını satdı - Borca görə

Aygün 90 minlik maşınını satdı - Borca görə

Aygün 90 minlik maşınını satdı - Borca görə

Xalq artisti Aygün Kazımova avtomobilini satıb.

Müğənni özünə yeni aldığı "Chevrolet Camaro Cabriolet” markalı maşınını satmaq məcburiyyətində qalıb. Kazımovanın borcunu ödəmək üçün belə bir addım atdığı iddia olunur.

Avtomobilin qiyməti isə təxminən 90 000 dollardır. Sənətçi ilə bağlı daha bir xəbər isə özünə köməkçi axtarmasıdır.

Müğənninin ilkin şərti isə onunla əməkdaşlıq edən şəxsin avtomobilinin olmasıdır.

Xatırladaq ki, A.Kazımova avtomobilini bu ilin mart ayında almışdı.