Bir neçə gündür maqazin saytlarında müğənni Şəbnəm Tovuzlunun dünyaya gələcək övladının atasının kim olmasıyla bağlı müxtəlif versiyalar irəli sürülür.
Tərəfdar.az bildirir ki, Criminal.az saytı həmin şəxsin kimliyini öyrənib. Bununla bağlı xəbərdə qeyd edilir ki, sözügedən şəxs Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Eyvaz Əsgərovdur.
Görünür, onun Şəbnəmi özünə ikinci arvad etməsi həm də hər ikisinin həmyerli olmasıdır.
Gununsesi.info-nun araşdırması zamanı o da bəlli olub ki, Eyvaz Əsəgərov nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşıdır. O,10 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən əvvəl 2 saylı müəssisəyə də rəhbərlik edib. Eyvaz Əsəgərovun adı 2 saylı müəssisədə vicdan məhbusu İlqar Məmmədova işgəncə verilməsi və ona hücumun təşkilində çəkilib.