Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağsu şöbəsində ara qarışıb.
Shaq\faqadogru.com Tərəfdar.Az-a istinadən xəbərinə görə, Fond sədri Elman Mehdiyevin şöbənin keçmiş müdiri Elçin Məmmədovu işdən azad etməsi bəzi vəzifəli şəxslərin əlinə fürsət verib.
Hazırda şöbəyə müvəqqəti olaraq rəhbərlik edən Temirşah İsmiyevlə yığım sektorunun müdiri Akif Xəlilov vətəndaşları və iş adamlarını ilişdirib. Bundan əlavə, sabiq müdir Elçin Məmmədov şpbənin əməkdaşı Rahim Rəhimlidən belə çəkinirmiş.
Buna səbəb Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumu olmasıdır. Odur ki, DSMF-nin Ağsu şöbəsində T.İsmiyev, R.Rəhimli və A.Xəlilov triosu meydan sulayır.
R.Rəhimli sovet dövründə müxtəlif müəssisələrdə çalışmış insanlar təqaüdə çıxarkən onların sənədlərində müxtəlif nöqsanlar axtarır, bəhanələr gətirir və bu zaman qarşı tərəfdən nələrsə umulur.
Hamiləliyə və doğuma, o cümlədən uşağın anadan olmasına görə, birdəfəlik müavinətlərin verilməsində də Rahim Rəhimli süründürməçilik hallarına yol verərək necə olur olsun pul qoparmağa çalışır. R.Rəhimli rayon İH başçısının da yaxın qohumudur.
Tərəfdar.Az-ın xəbərinə görə, son 5-6 il ərzində yığım sektorunun rəhbəri A.Xəlilov rayonda VÖEN əsasında xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən hər ay 12 manat 60 qəpik pul yığıb.
Onlara bildirib ki, həmin pullar sosial sığorta olaraq dövlət büdcəsinə keçirilir və gələcəkdə bunun əsasında pensiya alacaqlar.
Amma bu yaxınlarda məlum olub ki, Akif Xəlilov sahibkarlardan ay ərzində sosial sığorta adı ilə yığdığı pulları büdcəyə yox, öz cibinə yönləndirib.
Tərəfdar.Az-ın xəbərinə görə, DSMF sistemində "Ağsu klanı”nın formalaşdığı və onların bir-birilə yaxınlığından istifadə edərək, öz qanunsuz hərəkətlərini davam etdirdiyi bildirilir.
Buna səbəb nazir Səlim Müslümovun Ağsudakı hegemonluğu və dayısı Ənvər Seyidəliyevin rayonun icra başçısı olmasıdır. Adı çəkilən tərəflərin mövqeyini də dərc etməyə hazırıq.
Tərəfdar.az saytı olaraq, yazılanlarla bağlı Hazırda şöbəyə müvəqqəti olaraq rəhbərlik edən Temirşah İsmiyevlə əlaqə saxladıq. Onun dediyinə görə, Akif Xəlilov gəlirlər sektorunun müdiridi."Akif məllim bütün sahələrdə yığımın təşkil olunması təmin edir.Cənab nazirin də tapşığı odur ki,ödənişdən kənarda heç kim qalmasın.Sahibkarlar ödəniş etmədiyinə görə,idarə rəhbərliyinin ümumi yığıncağından sonra Şirvan İnzibati İqtisad məhkəməsinə müraciət olunub.Burda Akif Xəlilovluq bir şey görmürəm.Məhkəmənin qərarı ilə banka ödəniş olunur.
İnsanların süründürlmısi hallarında Rahim Rəhimli bu işə baxmır.O pensiya təyinatında inspektor çalışır.Kimsə kiminsə qohumudursa belə çıxır ki heç harda işləməli deyil?Əksinə nəzarət belə adamların üstündə daha güclü olur.Ona görə bele bir olması qeyri-mümkündür".